300 min əhalisi olan İslandiyada 12 min qaçqın ailəsin qəbul edir

2 Sentyabr 2015 14:03 (UTC+04:00)

Movqe.az xəbər verir ki, 300 min əhalisi olan İslandiyada 12 min ailə, yazar Bryndis Bjorgvinsdottirin çağırışı üzərinə Suriyalı qaçqınları qonaqlamaq üçün müraciət edib.

Hökumətin 50 qaçqın qəbul ediləcəyi şərhi üzərinə Bjorgvinsdottirin facebook sosial şəbəkəsində kampaniya başlatdığı kampaniya böyük marağa səbəb olub və 24 saat içində bu rəqəmə çatıb. Çağırışa cavab verən ailələr evlərində Suriyalı qaçqınları qonaq etmək istədiklərini söyləyiblər.

Hekla Stefansdottir adlı bir qadın, "Mən altı yaşındakı oğlumla yaşayıram. Ehtiyacı olan bir uşağa baxa bilərəm. Müəlliməyəm və bu uşağa İslandiya dilində yazmağı, oxumağı, danışmağı öyrədə bilərəm. İslandiya cəmiyyətinə uyğunlaşmasına kömək edərəm. Paltarlarımız, yatağımız, oyuncaqlarımız; bir uşağın ehtiyac duyacağı hər şeyimiz var. Təyyarə biletlərini də almağa hazıram "deyib.

Bjorgvinsdottir İslandiyanın RUV televiziyasına "İnsanlar, Aralıq dənizini keçməyə çalışarkən ya da düşərgələrdə ölən mültecilərlə əlaqəli kifayət qədər xəbər izlədilər və artıq bir şeylər edilməsini istəyirlər" deyib.

İslandiya hökuməti kampaniyanın ardından qəbul ediləcək qaçqın sayını artırmağı planlaşdırdığını açıqlayıb.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə