ABŞ Rusiyanın 5 iri hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib

2 Sentyabr 2015 14:12 (UTC+04:00)

Movqe.az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, bu şirkətlər İran, Suriya və Şimali Koreyaya qarşı tətbiq olunmuş sanksiyalara zidd fəaliyyətdə ittiham olunur.

"Qara siyahı"ya "Rosoboroneksport", "MiQ" təyyarə şirkəti, Tula Cihazqayırma Konstruktor Bürosu, "Katod" şirkəti, "NPO Maşinostroyeniya" korporasiyası və bu şirkətlərin bütün törəmə qurumları daxil edilib.

Bəzi Türkiyə, İran, Çin, Şimali Koreya, BƏƏ, Sudan və Suriya şirkətləri də sanksiya siyahısına salınıb. Bu şirkətlərin raket texnologiyaları və kütləvi qırğın silahlarının işlənib hazırlanmasına kömək etdikləri bildirilir. Sanksiyaların müddəti 2 ildir.