İraqda Türk işçilər qaçırılıb

2 Sentyabr 2015 14:32 (UTC+04:00)

Movqe.az bildirir ki, İraqlı rəsmilərin verdikləri xəbərlərdə Bağdadda 17 türk işçi və mühəndisin hərbi forma geyən maskalı şəxslər tərəfindən qaçırıldığın yazılıb. Xəbərdə qaçırılanların arasında mühəndislərin olduğu da ifadə edilib. Qaçırılanların Bağdadda "Sədr City" yaxınlığında bir idman kompleksinin inşaatında çalışdığı bildirilib. İşçilərin bir türk inşaat firmasında çalışdığı yazılıb.

Xəbərdə işçiləri qaçıranların şəxsiyyətinin və hərəkətlərinin səbəbi qeyri-müəyyənliyini qoruduğu deyilib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə