Siyavuş Novruzov parlament seçkilərində YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olacaq

2 Sentyabr 2015 14:29 (UTC+04:00)

Qərib Məmmədov və Tağı Əhmədov da hakim partiyanın səlahiyyətli nümayəndələri təyin ediliblər


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov  Milli Məclisə seçkilərdə YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub.

 

Movqe.az-ın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının "2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında" qərarında əksini tapıb.

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Tağı Əhmədov, millət vəkilləri Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov və Sədaqət Vəliyeva də daxil olmaqla, 157 nəfər hakim partiyanın səlahiyyətli nümayəndələri təsdiq olunublar