Olimpiya stadionunda ilk matç kimlər arasında olacaq?

2 Sentyabr 2015 18:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Olimpiya stadionunda açılış futbol matçı Avro-2016-nın Azərbaycan və İtaliya arasında seçmə oyunu deyil, sınaq görüşü olacaq. Azərbaycanın gənclərdən ibarət yığması yoldaşlıq matçı üçün meydana çıxacaq. Oyunun tarixi və rəqibi hələ müəyyən edilməyib. Olimpiya stadionunda təbii qazon artıq salınıb.


Xatırladaq ki, Azərbaycan-İtaliya matçı oktyabrın 10-da baş tutacaq.