Xəyyam Nisanov evlənməyə hazırlaşır

2 Sentyabr 2015 17:45 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, sənətçi "Hər şey daxil" verilişində evlənməyə hazırlaşdığını deyib:


"Sevməyi xoşlayıram. Heç vaxt sevgidə peşman olmamışam. Sevgi bağça illərindən yaranır. 6 yaşımda getdiyim bağçada müəllimləri incitmişəm. Yaxınlıqdakı digər bağçadakı qıza vurulmuşam. Günortalar yatmır, qaçıb ora gedirmişəm. Axırda müəllimlər şikayət edib, valideynlərim də məni həmin bağçaya keçiriblər. Daha sonra 6-cı sinifdə oxuyanda sevmişəm. İndi də sevirəm. Evlənməyə hazırlaşıram. Namizədim də var. Bunu etiraf etdikdən sonra pərəstişkarlarımın azalacağı kimi bir qorxum da yoxdur. Mən bir insanı sevirəmsə, yalnız onu istəyəcəm".