Avstriyada bir yük maşınında 24 Əfqan qurtarıldı

2 Sentyabr 2015 18:18 (UTC+04:00)

Avstriya Xəbər Agenti APA-ya görə polis Vyanada pəncərə və qapıları qaynaq edilərək tamamilə bağlı olan kiçik bir maşını dayandırıb. Yük maşınının içindəki 24 əfqan qurtarılıb, sığınmacıların sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb. Avtomobilin Macarıstandan yola çıxdığı bildirilib.

3 metr 35 sm uzunluğunda, 1 metr 75 sm genişliyində və 1 metr 80 sm yüksəkliyindəki maşının sığınmacıların həyatlarına təhlükə yarada biləcəyini söyləyən səlahiyyətlilər, sığınmacıların səfər müddəti uzun olmadığı üçün sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu deyib.

Bundan bir həftə əvvəl Vyana yaxınlığında içində 71 cəsədin olduğu yük maşını tapılmışdı. Sığınmacıların havasızlıqdan boğulduğu təxmin edilirdi.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə