Asiya İnkişaf Bankını Azərbaycanda iqtisadi artımla bağlı proqnozu

5 Oktyabr 2012 14:05 (UTC+04:00)
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üzrə ÜDM ilə bağlı proqnozunu yeniləyib.

"APA-ECONOMICS"in məlumatına görə, AİB-in dərc etdiyi yenilənmiş "Asian Development Outlook 2012" hesabatında qeyd olunub ki, 2012-ci ilin sonunda Azərbaycanda ÜDM-in artım tempi 3%, 2013-cü ildə isə 3,5% təşkil edəcəyi gözlənilir.

AİB sonuncu analoji hesabatını cari ilin aprel ayında dərc edib və həmin hesabatda Azərbaycanda ÜDM-in artım tempinə görə proqnoz 2012-ci il üçün 4,1%, 2013-cü il üçün isə 3,5% səviyyəsində götürülüb.

Göründüyü kimi, 2012-ci il üçün AİB-in Azərbaycanda ÜDM-in artım tempinə görə proqnozu 1,1 faiz bəndi endirilib, 2013-cü il üçün isə dəyişməz qalıb.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ÜDM-in illik artım tempi 1,3% təşkil edib.
 


"APA-ECONOMICS"in məlumatına görə, AİB-in dərc etdiyi yenilənmiş "Asian Development Outlook 2012" hesabatında qeyd olunub ki, 2012-ci il üzrə Azərbaycanda inflyasiyanın səviyyəsi 6,5%, 2013-cü ildə isə 6% təşkil edəcəyi gözlənilir.

AİB sonuncu analoji hesabatını cari ilin aprel ayında dərc edib və həmin hesabatda Azərbaycanda illik 2012-ci il üçün 9%, 2013-cü il üçün isə 8,5% səviyyəsində proqnozlaşdırılıb.

Göründüyü kimi, AİB-in Azərbaycanda inflyasiya proqnozu 2012-ci və 2013-cü illərin hər biri üçün 2,5 faiz bəndi endirilib.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 1,7%-lik inflyasiya qeydə alınıb.