Eldar Əzizov vəzifəsindən azad edildi - SƏRƏNCAM

2 Sentyabr 2015 19:20 (UTC+04:00)

Movqe.az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir: 


Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:


Eldar Əziz oğlu Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.


 

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 sentyabr 2015-ci il.