Gündə neçə dilim çörək yeməli?

3 Sentyabr 2015 12:40 (UTC+04:00)

Dieta edərkən ya da gündəlik bəslənmədə kalori qısıtlamasında olmaq məqsədiylə, gərək qadınlar gərəksə kişilər əvvəl çörək istehlak etməyi kəsir. Ancaq çörəyin bədənə 2 böyük faydası var: Birincisi qan şəkərini tənzimləyir, ikincisi isə sinir sistemi üçün çox lazımlı olan vitaminlərin qəbulunda iştirak edir. 

Movqe.az Bəslənmə və Diyet Mütəxəssisi Təkamül Demirelin çörəyin xeyirləri haqqındakı maraqlı məlumatlarını təqdim edir.


Diyet edərkən HEÇ ÇÖRƏK istehlak etməmək DOĞRUDUR?


Dieta edərkən və ya sağlam bir bəslənmə nizamında heç çörək yeməmək doğru bir bəslənmə vərdişi deyil. Dieta edərək kilo verməyi hədəfləyən adam sağlam, balanslı və nizamlı bir qidalanma planı tətbiq etməlidir. Sağlam və nizamlı qidalanma ən əhəmiyyətli qaydalarından biri də hər qida qrupundan müəyyən miqdarda istehlak edilməsidir. Arıqlamağı planlaşdıran adamın, qidalanmasından karbonhidrat qrupunu (şokolad, tort, şəkər, südlü şirniyyatlar) tamamilə çıxardığı üçün bədənin, xüsusilə də beynin ehtiyacı olan enerji ehtiyacını çörək qrupuyla alaraq təmin etməsi lazımdır. Bu şəkildə qan şəkərinin balanslı bir şəkildə dəyişməsi təmin edilir və şiddətli aclıq duyğusu yaşanmır. Bundan başqa sinir sistemi üçün lazımlı olan vitaminlər çörəklərlə  alınmış olur.