Nikol Kidmanın Tom Kruza etirafı

5 Oktyabr 2012 15:06 (UTC+04:00)

Movqe.az xəbər verir ki, aktrisa Nikol Kidman son müsahibəsində keçmiş həyat yoldaşı, Hollivudun məşhur aktyoru Tom Kruzla boşandığı dövrdə depressiyaya düşdüyünü və çətin günlər yaşadığını söyləyib.

Hollivudun tanınmış aktrisası Nikol, aktyor Tom Kruzla 1990-ci ildə evlənib. 11 il davam edən ailə həyatının dağılması N.Kidmanın depressiyaya düşməsinə səbəb olub.

23 yaşlı Kruzla nigah bağlayan Oskarlı aktrisa "Who" jurnalındakı müsahibəsində belə danışıb:

"Evləndiyim zaman çox gənc idik. Hər şey sürətlə inkişaf etdi. Amma evləndiyim üçün peşman deyiləm. Çünki həmin dövrdə çox çox gözlə bir evliliyim və bu evlilikdən iki uşağım oldu.

Tomla əlaqəmiz gərginləşəndə depressiyaya düşdüm və böhrandan çıxmaq üçün çox çalışdım. Yenə də peşman deyiləm. Bu, böyümə müddətinin bir parçası idi".

Nikol Kidman 2006-ci ildə Grammy mükafatlı müğənni Keith Urban ilə evlənib. Cütlüyün iki qızı var.