Xalça muzeyi barədə iddialar araşdırılır-Nazirlikdən açıqlama

3 Sentyabr 2015 10:25 (UTC+04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Xalça Muzeyində Kütləvi İnformasiya Vasitələrinin (KİV) materialları əsasında araşdırmalara başlayıb. Movqe.az-ın  məlumatına görə, bu haqda nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələrin şöbəsinin müdiri Vüqar Şixməmədov bildirib:

"Bu məsələ nazirliyin diqqət mərkəzindədir. Nazirliyin araşdırmasından sonra onun nəticələri haqqında ətraflı informasiya təqdim ediləcək. Hələ ki məsələ araşdırılır. Düşünürəm, nəticələr yaxın vaxtlarda məlum olacaq".

Ölkənin Kütləvi İnformasiya Vasitələrində (KİV) bir müddət əvvəl muzeyin direktoru
Röya Tağıyevanın özbaşınalığı haqqında materiallar çıxıb. Bildirilir ki, o, öz istəyi ilə muzeydə təyinatlar edir. Bu isə muzeyin bir sıra əməkdaşları arasında narazılıq doğurub.

Qeyd edilir ki, muzeyin təxminən 100 işçisi faktiki olaraq işə çıxmır və onların əmək haqqını aldıqları kartlar müəssisənin direktorundadır. İşə çıxmayan işçilərin vəzifələrini digər əməkdaşlar yerinə yetirir.