Rihanna: “Azərbaycanda olmağımdan çox xoşbəxtəm”
5 Oktyabr 2012 12:20 (UTC+04:00)
"Bakı, mən
burdayam və sizinləyəm. Bu, həqiqətən də çox gözəldir".
APA-nın məlumatına görə, bu
sözləri ötən gün axşam Azərbaycanın paytaxtına gələn dünyaca məşhur
müğənni Rihanna öz şəxsi twitter səhifəsində yazıb.
Rihanna "Azərbaycanda olmağımdan çox xoşbəxtəm" fikirlərini də
buraya əlavə edib.
Qeyd edək ki, Rihanna sabah, yəni oktyabrın 6-da "Baku Crystal
Hall" səhnəsində solo konsert proqramı ilə çıxış edəcək. Bu
məqsədlə müğənninin 80 nəfərlik komandası və konsert üçün xüsusi
avadanlıqları da Bakıya gətirilib.