Aytən Səfərova "Salam Azərbaycan"dan getdi - video

3 Sentyabr 2015 12:45 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, videoda telekanalda yeni mövsümdə efirə çıxacaq aparıcılar yer alıb.


Aparıcı Aytən Səfərovanın onlar arasında olmaması diqqət çəkib. "Salam Azərbaycan" verilişinə isə Samir Cabbarov aparıcılıq edəcək.


Sosial şəbəkədə yayılan videoya A.Səfərova da şərh yazıb:


"Eşitdim "Salam Azərbaycan"a iddiası başından aşıb-daşan, rayon telekanalından dəvət olunan, hətta mənim otaqda divardan asılan pencəyimə deyinən, aparıcılığıma hər gün atmaca atan "peşəkar" xanım dəvət olunub? Samir Cabbarova görə sevindim. Bir az da təcrübə toplasa bəsdir. O, ANS-in ən möhtəşəm aparıcılarından biri olacaq".


Qeyd edək ki, A.Səfərova ötən mövsümdə efirdən uzaqlaşmışdı. O, açıqlamasında ""İşdə güclü əsəb gərginliyi keçirtmişəm. Buna görə də bülleten götürüb, istirahətə çıxmışam" deyə bildirmişdi. Daha sonra aparıcının ana olmağa hazırlaşdığı bildirilmişdi.