"Ümumrusiya Azərbaycan Konqressinin" İstra rayon yerli şöbəsi Azərbaycanın Qubadlı rayonunun Ermənistan separatçıları tərəfindən işğal edilməsinin 22-ci ildönümü haqqında növbəti iclası keçirilib

3 Sentyabr 2015 11:20 (UTC+04:00)

"Ümumrusiya Azərbaycan Konqresi" (ÜAK) İctimai Təşkilatının Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) mətbuat katibi Əlihüseyn Şükürovun verdiyi xəbərə görə "Ümumrusiya Azərbaycan Konqresi" (ÜAK) İctimai Təşkilatının Moskva Vilayətinin İstra rayon yerli şöbəsi dünən, sentyabrın 1 - də "Aelita" kafesində "Ümumrusiya Azərbaycan Konqressinin" İstra rayon yerli şöbəsinin növbəti iclası keçirildi. Bu barədə təşkilatın rəhbəri Ramil‬ Əliyev özü məlumat vermişdir.

İlk olaraq ÜAK‬ -ın İstra rayon yerli şöbəsinin sədri‎ Ramil‬ Əliyev iclas iştirakçılarına Azərbaycanın Qubadlı rayonunun Ermənistan separatçıları tərəfindən işğal edilməsinin 22-ci il tamam olması haqda ətraflı məlumat verdi. Ramil‬ Əliyev bildirib ki,

rayon döyüşlərdə 238 şəhid verib, 146 nəfər əlil olub.

Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 22 ili tamam olur.

Natiq demişdir ki, Qubadlı rayonu 1930-cu ildə yaradılıb. Ərazisi 802 kv.km-dir.

94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində əhali 30 minə qədər olub.

İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub.

Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib.

Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub.

84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.

Ümumilikdə işğal nəticəsində rayonda olan 6 988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmış, 13 365 hektar meşə sahəsi işğal altında qalıb.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 şəhid verib, 146 nəfər əlil olub. Şəhidlərdən Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Vətən uğrunda şəhid olan bacı və qardaşlarımız bir dəqiqəlik sükütla yad edildi.

Daha sonra, yeni qəbul olunmuş təşkilat üzvülərinə üzvülük vəsiqələri təqdim olundu. Bundan əlavə, bir sıra məsələlər haqqında müzakirələr aparıldı və sentyabr ayında keçiriləcək tədbirləri Şura və təşkilat üzvüləri təsdiq etdi. Sonda,

"Ümumrusiya Azərbaycan Konqressinin" İstra rayon yerli şöbəsinin yeni ofisinin istifadəsi təşkilat üzvlərinə təqdim edildi.