Oxunması vacib 10 qadağan olunmuş kitab
3 Sentyabr 2015 17:00 (UTC+04:00)
Movqe.az bir zamanlar müxtəlif səbəblərdən qadağan
edilmiş 10 ən yaxşı kitabı təqdim edirik.
1."Farenheyt 451 dərəcə" – Rey
Bredberi
Roman
cəmiyyətdə baş verən mənfi dəyişiklikləri, distopik rejimin
insanları öz istədiyi hala salmasını, beyinsizləşdirmə siyasətini
mükəmməl təsvir etdiyinə görə totalitar rejimlər tərəfindən qadağa
edilmişdi. Əsərdə kitabların yandırılması simvolik olaraq
cəmiyyətin robotlaşdırılmasına, interaktiv TV vasitəsilə distopik
həqiqətləri mənimsədilməsinə işarə edir. Baş qəhrəman Monteq tanış
olduğu qəribə bir qızın sayəsində bu həqiqətlərə daha da
yaxınlaşır, həyat yoldaşı, dostları, cəmiyyət ilə arasındakı uçurum
get-gedə böyüyür.
2. "Qərb cəbhəsində yenilik yoxdur" – Erix Maria
Remark
Remark – müharibənin qəhrəmanlıq pafosunu qırmış
ilk yazıçıdır. Yazıçının dürüstlüyü və səmimiyyəti yalnız III Reixi
qorxutmamışdı. Bu əsəri müharibənin həqiqi tərəflərini göstərdiyinə
görə bir çox rejim tərəfindən xoş qarşılanmamışdı. Adı çəkilən
kitab 1929-cu ildə ABŞ-da qadağan olunmuşdu.
3. "Yeni cəsur dünya" – Oldos
Xaksli
Bu əsər Qərb cəmiyyətində hökm sürən istehlak
məntiqini sərt tənqid edir. Cəmiyyətdə baş verən təbəqələşmə,
istehlak sivilizasiyasının insanları insanlıqdan çıxarması çox
təsirli yollarla təsvir edilmişdir.
4."Bülbülü öldürmək" – Harper Li
1960-cı ildə yazılmış bu əsərAmerika cəmiyyətində
irqçiliklə bağlı problemləri qabardan ən birinci romandır. Kitabda
müəllimə Hitler tərəfindən yəhudilərin təqib edilməsini pisləyir,
lakin zənciləri "ikinci dərəcəli" insan hesab edir. Əsər real
hadisələr əsasında yazılmış anti-irqçi romandır. Belə ki, yazıçı
Harper Li cənubda yerləşən şəhərcikdə böyüyüb və oradakı bütün
vəhşilikləri öz gözləri ilə görüb.
5. "Nə etməli?" – Nikolay
Çernışevskiy
Kitab "Vaxt keçdikcə insanlar ləyaqətli olacaq.
Onda hər şey yaxşı olacaq" inancı ilə yazılıb. Baş rolda Vera
Pavlovna durğun patriarxal həyatdan imtina edib. O, kimi
sevəcəyinə, evi necə idarə edəcəyinə özü qərar verir və ürəyincə
olan məşğuliyyəti seçir.
6. "Cəsarət ana və onun övladları" – Bertolt
Brext
Brext – sadəcə dramaturq deyildi, yeni teatr
sistemini yaradan anti-faşist və solçu idi.
Onun "Birləşmiş cəbhə mahnısı" alman işçilərinin döyüş himninə
çevrilmişdi. Hitlerin hakimiyyətə gəlməsi nəticəsində Brext ölkədən
köçmək məcburiyyətində qalır. Mühacirətdə olarkən yazdığı "Cəsarət
ana və onun övladları" (1939) müəllifin vətənində qadağan
edildi.
7. "Portağal mexanizmi" – Entoni
Berdjes
Gələcək cəmiyyət elə də cəlbedici deyildi. Küçələr
soyğunçular, qatillər və təcavüzçülər tərəfindən bölünmüşdü.
Müntəzəm seçkilər və müxalifətin iştirakına baxmayaraq, mövcud
hakimiyyət yenidən seçilirdi. Cəmiyyətdə heç bir dostluq, sevgi yox
idi. Hətta klassik musiqi, ənənəvi "mədəniyyət kodu" öz
funksiyasını yerinə yetirmirdi. Əsərdə baş rolda olan Aleks,
Bethovenə qulaq asaraq, balaca qızlara təcavüz etdiyini xəyal
edirdi. Cəmiyyət repressiv üsullarla aqressiya mexanizmini
dəyişməyə çalışır. Aleks "müalicə" kursu keçdikdən sonra patoloji
olaraq, təcavüz qabiliyyətini itirir. Cəmiyyət və hakimiyyət
müdafiəsiz Aleksə mümkün üsullarla istehza edir.
"Portağal mexanizmi" bizdə bir neçə sual doğurur:
İnsanın zorakılığa hüququ varmı? Sosial təcavüzün mənşəyi nədir?
Dövlət bizim azadlığımızı nə qədər məhdudlaşdıra bilər?
8."Ən mavi gözlər" – Toni Morrison
Bu kitab nəinki anti-rasist, həmçinin, feminst
romandır. Balaca zənci qız Pekolanı həm dəri rənginə, həm də
cinsinə görə müxtəlif qəddarlıqlarla üzləşir, bütün müqəddəslər onu
aldadır, incidir, təhqir edir. Nəticədə reallıqla əlaqəsini itirən
qızcığaz özünə dost uydurur.
9. "Qəzəb salxımları" – Con Steynbek
Roman torpaqlarını itirmiş və minlərlə insan kimi
bütün Amerikada bir tikə çörək axtarışında olan ailədən bəhs
edir.1930-cu illərdə ABŞ-da görülməmiş iqtisadi böhran zamanı
milyonlarla işsiz, çadırlarda yaşayan insanlar var idi.
Amerikalıların ürəyində qəzəb salxımları yetişirdi. Steynbek
bunları nə qədər acınacaqlı təsvir etsə də, Amerika xalqının xilas
olacağına da inanırdı.
10. "Sallaqxana № 5 və ya uşaqların səlib
yürüşü" – Kurt Vonnequt
1945-ci ilin fevralında amerikan və ingilis hərbi
aviasiya qüvvələri heç bir hərbi qüvvəsi, hərbi obyektləri olmayan
Drezdeni bombalayır və bunun şahidi olmaq Vonnequta çox ağır təsir
edir.Bu bombardmanda Vonnequt və digər əsirlər zirzəmidə,
sallaqxanada işlədikləri üçün sağ qala bilirlər.Drezden
bombardmanında 135 min insan həlak olur. Vonnequt deyir ki, bu
fəlakətdən yalnız bir nəfər qazanclı çıxdı, o da onun özüdür. Çünki
o, hər ölüyə görə beş dollar qazanıb – "Sallaqxana N5 və ya
uşaqların səlib yürüşü" romanının qonorarı şəklində…