Türkiyədə Fətullah məktəblərinə polis basqını

3 Sentyabr 2015 16:53 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Türkiyədə polis məktəb və hazırlıq kurslarına axtarış edib, sənədlər və kompüterləri incələyib .

Düzcə Təhlükəsizlik Müdirliyi Qaçaqçılıq və Mütəşəkkil cinayətlər Mübarizə Şöbəsi ilə Terrorla Mübarizə Şöbəsi qrupları, Düzcə və rayonlarında olan Gülən Camaatina yaxınlığıyla bilinən təhsil quruluşlarına istiqamətli əməliyyat təşkil edib. Düzcədə hazırlıq kursları və məktəblərə eyni vaxtda əməliyyat həyata keçirən polislər sənədləri və kompüterləri araşdırmaq üçün götürüblər.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə