Gürcüstan `vor zakon`lara görə liderdir - SİYAHI

3 Sentyabr 2015 20:10 (UTC+04:00)

Bu gün qanuni oğru (Vor zankon) titulu sahibi olan 485 nəfərdən 276-ı gürcüdür.Bu barədə AzVision.az `Prime Crime`-a istinadən xəbər verir.Nəşrin məlumatına görə, `vor zakon`ların sayına görə, ikinci pillədə 61 nəfərlə ruslar gəlir. Eyni zamanda məlumatda vurğulanır ki, rus qanuni oğrularının böyük əksəriyyətini bu titulu gürcü həmkarları veriblər.Üçüncü pilləni isə ermənilər tutur. Onlar kompakt şəkildə Ermənistanda yaşayırlar və onların nüfuzu ölkədən kənara yayılmır.Qeyd edək ki, qanuni oğru aləminə mənsub olmaq istəyən şəxs Gürcüstanda azadlıqdan məhrum edilə bilər. Bu istiqamətdə ölkə qanunvericiliyi sabiq Mixail Saakaşvilinin dövründə sərtləşdirilib.