"Facebook" rekord qırıb

5 Oktyabr 2012 13:11 (UTC+04:00)
Movqe.az xəbər verir ki, dünyanın ən böyük ictimai şəbəkə portalı olan "Facebook" rekord qırıb."Facebook"un qurucusu Mark Zukerberq verdiyi şərhdə "Facebook"un sentyabr ayının ortasında 1 milyard abunəçi tərəfindən istifadə edildiyini bildirib. Zukerberq, sözlərini belə davam etdirib: "Hədəfimiz daha 1milyard təbəqəni "Facebook"a cəlb etməkdir!.""Facebook" özüylə əlaqədar rəqəmlərin son halını da paylaşıb. Hesabata görə mobil telefon vasitəsilə

"Facebook"dan istifadə edənlərin sayı 600 milyonu ötüb, iyunda cəmi 955 milyon abunəçi cib telefonu ilə "Facebook"dan yararlanıb. Yəni 3 aylıq müddət ərzində Facebook 50 milyona yaxın üzvü öz hesabına əlavə edə bilib. Məlum olub ki,

"Facebook"u adətən 20 yaşlarında olan insanlar istifadə edir. Saytdan ən çox ABŞ, Meksika və İndoneziyada istifadə ifadə edilir.