Yeni dinozavr növü tapılıb

5 Oktyabr 2012 13:50 (UTC+04:00)


Movqe.az xəbər verir ki,yeni bir dinozavr növü açıqlanıb. "Pişik, vampir və kirpinin qarışığı" olaraq xarakterizə edilən dinozavr, 1960-cı illərdə Cənubi Afrikada qaya parçası üzərində tapılmışdı."Online ZooKeys" adlı jurnalda daha əvvəl yayımlanan məqaləyə görə qalıqları Harvard Universitetində saxlanılan mini dinozavr növünə,elm adamları "Pegomastax africanus" adını verib. Ot yeyən "​​Pegomastax africanus" un 100-200 milyon il əvvəl yaşadığı güman edilir. Çikaqo Universitetinin paleontoloqu Paul Sereno dinozavrın uzunluğunun 60 santimetrdən, ağırlığının isə kiçik bir ev pişiyindən az olduğunu söyləyib.