İçin və arıqlayın: yay içkiləri - SİYAHI

4 Sentyabr 2015 11:40 (UTC+04:00)

Arıqlama müddətində əldə edilən nəticənin qalıcı olması üçün artı1 çəkilər əzələlərdən deyil, yağlardan getməlidir.

Yağ yanmasını asanlaşdırmaq, müddəti sürətləndirmək üçün isə maddələr mübadiləsi və həzmi sürətləndirmək lazımdır.

Movqe.az yay aylarında sağlam şəkildə və tez bir zamanda arıqlamanıza kömək edəcək, evdə hazırlaya biləcəyiniz, maddələr mübadiləsini sürətləndirən təbii qidalardan ibarət yay içkilərini təqdim edir.


Yağsız süd


Südün yağ nisbəti dəyişdiyində tərkibindəki kalsium miqdarı dəyişmir. Hər səhər içəcəyiniz bir stəkan süd sizi tox tutaraq, gündəlik protein ehtiyacınızı qarşılayacaq. Südün tərkibindəki vitaminlər və CLA-nın (konjuge linoleik turşusu) yağ yandırdığı təsdiqlənib.


Alma sirkəsi


Bir çox pəhrizin vazkeçilməzi olan alma sirkəsi toxluq hissini uzadaraq yemək istəyini öldürür və qan şəkərini tənzimləyir.

Alma sirkəsi mütləq su ilə qarışdırılaraq içilməlidir. Bir stəkan ilıq suya 1 çay qaşığı alma sirkəsi əlavə edib hər səhər, ya axşam için. Mədə problemi olanlar həkimlə məsləhətləşmədən içməsin.


Darçın suyu


Antioksidanlarla zəngin olan darçın bədənin şəkər ehtiyacını qarşılayaraq, daha tez arıqlamanıza kömək edəcək. Şəkər istəyinizi də əngəlləyir. 0.5-1 qr darçın tozunu qaynamış suyun içinə əlavə edib 15 dəqiqə dəmləyin. Gündə 3-4 dəfə için. Çubuq darçınla hazırladığınız içkinin içinə bir neçə ədəd təzə qərənfil toxumu da ata bilərsuz.


Yaşıl çay


Elmi araşdırmaların da dəstəklədiyi yaşıl çayın faydalarını bilməyən yoxdur. Yağ yanmasını tezləşdirdiyi kimi qarın bölgəsini də düzləşdirən yaşıl çay arıqladan yay içkiləri sırasında birincidir.

Gündə bir neçə fincan için.


Qreypfrut suyu


Həzmi uzun çəkən, bol miqdarda lif tərkibli olan qreypfrutun kalori dəyəri və enerjisi olduqca aşağıdır, su tərkibi yüksəkdir. Tox olmanıza kömək edir. Hər gün 1 ədəd qreypfrut yeyə bilərsiz. Tox qarına və yeməkdən sonra qreypfrut suyu içsəniz, maksimum fayda qazanmış olarsız. Günorta və axşam qreypfrutu salatın içinə qatın. Yeməkdən sonra doğrayıb meyvə olaraq da yeyə bilərsiz.


Qəhvə


Maddələr mübadiləsini sürətləndirərk, yağ yanmasına kömək edir. Şəkərsiz və əlavə kalorisiz olan qəhvə pəhrizə dəstək olaraq arıqlamanızı təmin edəcək.

Gündə 1 stəkandan çox içməyin. Çox içsəniz, sellülitə səbəb olar.