Amerikadan Yaponiyaya dəstək

5 Oktyabr 2012 15:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yaponiya ilə Çin arasında davam edən Senkaku gərginliyində səssiz qalan ABŞ-ın 1971-ci ildə hazırladığı bir hesabatda Tokionun adalarla əlaqədar movqeyinin daha inandırıcı olduğunu ifadə etdiyi məlum olub.
Hesabatda, "Neft olmasaydı adalar bilinməzdi, naməlum qalardı." ifadələri yer alıb. Hesabatda yer alan bir məlumata görə, Çinin 1966-ci ildə ortaya çıxardığı sənəddə Senkaku adaları ölkə torpaqlarının xaricində göstərilib. Hesabatda, "Bu xəritə, Senkaku adalarının Çinin ölkə sərhədləri xaricində iştirak etdiyini qətiliklə göstərir." deyilib. Bundan başqa, adalar üzərində haqq iddia edən Tayvanın xəritələrində də adaların ölkə sərhədləri içində olmadığının işarə edildiyi bildirilib. Yaponiyanın cənubundakı Okinava adalarının cənub-qərbində, Tayvanın şimalında və Çinin şərqində yerləşən adalar, strateji dəniz yollarının üzərində yerləşir. Bundan əlavə, balıqçılıq və təbii qaynaqlar baxımından zəngin bir bölgədədir.