Avronun "öldürülməsi" üçün təşviq davam edəcək

4 Sentyabr 2015 11:10 (UTC+04:00)

Bu dəqiqələrdə Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi mətbuat konfransı keçirir.


Mario Draghi 2016-cı ilin Sentyabr ayında başa çatacaq istiqraz alışlarının (iqtisadiyyatı canlandırmaq üçün təşviqin) lazım gələrsə uzadıla biləcəyini söyləyib. Bu dövriyyəyə daha çox avronun daxil olacağı və onun ucuzlaşacağı deməkdir.


AMB iqtisadi artım və inflyasiya proqnozlarını aşağı saldı.


Draghi-nin çıxışından əsas mesajlar:


-Qiymətli kağızların alışları davam edir. Ayda 60 milyard avroluq alışlar tam tətbiq olunacaq. Qiymətli kağızların alınmasının 2016-cı ilin Sentyabr ayına qədər davam etməsi nəzərdə tutulur. Lazım gəlməsi halında, alışlar daha irəli bir tarixə qədər davam edə bilər. İqtisadiyyatda normallşama davam edir, ancaq risklər təkrar ortaya çıxıb. İnkişaf etməkdə olan iqtisadiyyatlar qlobal böyümə üzərində təzyiq yaradır.


ARTIM PROQNOZLARINI AŞAĞI SALDI


- Avro Zonası iqtisadiyyatının 2015-ci ildə 1.4 faiz böyüyəcəyini təxmin edirik (İyunda proqnozu: 1.5%). 2016-da iqtisadiyyatın 1.7 faiz artacağını təxmin edirik. (İyunda proqnoz: 1.9%) İqtisadiyyatın 2017-ci ildə 1.8 faiz böyüyəcəyini təxmin edirik (İyunda proqnoz: 2%). İnkişaf proqnozlarında aşağı istiqamətli reviziya edilməsi aşağı xarici tələbdən irəli gəlir.


İNFLYASİYA ÇOX AŞAĞI QALACAQ


- Hazırda inkişaf etməkdə olan ölkələrdə baş verən proseslər iqtisadi artıma mənfi təsir etmək potensialına malikdir. İnflyasiya çox aşağı qalacaq, ilin sonuna doğru qismən yüksələ bilər. İnflyasiya artımı daha əvvəl təxmin ediləndən daha yavaş olacaq.


İNFLYASİYA PROQNOZLARI DA DÜŞDÜ


-Avro Zonasında inflyasiyanın 2015-də 0.1 faiz olacağını ehtimal edirik. (İyunda proqnozu: 0.3%) İnflyasiyanın 2016-da 1.1 faiz olacağını ehtimal edirik. (İyunda proqnozu: 1.5%) 2017-də inflyasiyanın 1.7 faiz olacağını ehtimal edirik. (İyunda proqnozu: 1.8%) İnflyasiya neft qiymətlərinin aşağı düşməsi ilə bağlı olaraq zəifləyəcək. Proqnozlarımızı daha da aşağı sala biləcək risklər var.


DEFLYASİYA OLA BİLƏR


-İnflyasiya proqnozumuzu neft qiymətləri ilə bağlı olaraq dəyişdik, proqnozlarımızı daha da aşağı sala biləcək risklər var. Yaxın aylarda deflyasiya görülə bilər.


HƏRƏKƏTƏ KEÇMƏYƏ HAZIRIQ


-AMB-nin hərəkətə keçməyə hazır olduğuna diqqətinizə çatdırıram. Pul siyasəti ilə bağlı atacağımız addımlara bir məhdudiyyət yoxdur.


AVRO 1%-DƏN ÇOX UCUZLAŞDI


Mario Draghinin açıqlamalarının ardınca Avro Dollar qarşısında ucuzlaşır. Avro/dollar məzənnəsi 1,07% aşağı düşərək 1.1115 olub.