Macarıstan sərhədlərini miqrantlardan qorumaq üçün ordu cəlb edəcək

4 Sentyabr 2015 12:25 (UTC+04:00)

Macarıstanın baş naziri Viktor Orban sentyabrın 15-dən dövlət sərhədini miqrantlardan qorumaq üçün ordunun cəlb olunacağını bildirib. 

Movqe.az-ın verdiyi xəbərə görə, bu barədə "Reuters" məlumat yayıb.

"Sentyabrın 15-dən Macarıstanda sərhəd nəzarətinin yeni sistemi tətbiq ediləcək. Parlament bu gün lazımi qanunları qəbul edəcək. Biz qanunlara və Cinayət Məcəlləsinə dəyişikliklər edəcəyik, həmçinin ordunu sərhədlərin mühafizəsinə cəlb edəcəyik", deyə o bildirib.

Orban bu bəyanatı Avrokomissiyanın rəhbəri Jan Klod Yunkerlə danışıqlardan sonra verib.

Bundan əvvəl Almaniya qatarlarının Budapeştə hərəkətinin dayandırılacağı barədə məlumat yayılıb.