İranın Ərdəbil əyalətində güclü zəlzələ baş verib

4 Sentyabr 2015 12:35 (UTC+04:00)

Bu gün səhər İranın Ərdəbil əyalətinin Azərbaycanın cənub bölgəsinə yaxın Parsabad, Biləsuvar və Germi şəhərlərində güclü zəlzələ baş verib.


Movqe.az-ın məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub.


İlkin məlumatlara görə, zəlzələ nəticəsində yerli sakinlər təşvişə düşüb. Sakinlər evlərini tərk edib küçə və xiyabanlara axışıblar.


Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.