Novruz Məmmədov: “SSRİ dağıldıqdan sonra beynəlxalq aləmdə gedən proseslərdə əsas məsuliyyəti Qərb daşıyır”

4 Sentyabr 2015 13:30 (UTC+04:00)

"Varşava Müqaviləsi Təşkilatı və SSRİ dağıldıqdan sonra beynəlxalq aləmdə gedən proseslərdə əsas məsuliyyəti Qərb daşıyır".


Movqe.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz  "Twitter" səhifəsində yazıb. "Qərbin - Avropanın rəhbərləri atdıqları addımların, həyata keçirdikləri siyasətin hansı nəticələri olacağını ətraflı düşünməlidirlər. Çox təəssüf ki, hələlik belə deyil", - deyə N. Məmmədov əlavə edib.