Rəşad Sadıqov: "Bunu gizlətsək də, on ay idi ki..."

4 Sentyabr 2015 13:50 (UTC+04:00)

Millimizin kapitanı Rəşad Sadıqov "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə 0:0 bərabərə qaldıqları görüşdən sonra jurnalistlərə açıqlama verib.  Movqe.az Goal.az-a istinadən xəbər verir ki, kapitan bunları deyib: 

"Bunu gizlətsək də, on ay idi ki, bu oyunu gözləyirdik. Acı məğlubiyyətin əvəzini çıxa bilməzdik, amma əzmkar oyun sərgiləmək istəyirdik. Böyük hesablı məğlubiyyətdən sonra bütün idman ictimaiyyəti və azarkeşlərin bizdən incidiyini bilirdik. Biz də səfərdəki uğursuzluğu unutdurmağa çalışdıq. Sona qədər mübarizə apardıq".