Liviyada Misirin gəmisi batıb

4 Sentyabr 2015 12:47 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Kefr eş-Şeyx şəhərindəki Balıqçılar Peşəsi Sədri Əhməd Abduh Nassar verdiyi açıqlamada, Misirli balıqçıları daşıyan gəminin Liviya sahilində batması nəticəsində 26 balıqçının həyatını itirdiyini, 4-nün xilas edildiyini və xilas olanların Liviyadaki xəstəxanalarda müalicə altına alındığını deyib.

Batan gəmiylə əlaqənin 15 gün əvvəl kəsildiyini deyən Nassar, gəmidə Kefr eş-Şeyx şəhərinə bağlı Mtobis rayonundan Liviyada işləmək üçün yola çıxan 30 balıqçı olduğunu dilə gətirib.

Misir xarici işlər nazirliyindən verilən yazılı açıqlamada isə nazirliyə balıqçıların öldüyünə dair Liviya tərəfindən indiyə qədər hər hansı bir məlumat verilmədiyi qeyd edilib.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə