Bakı-Sumqayıt qatarında gediş haqqı yükləmək üçün avtomat terminalların quraşdırılmasına başlanılacaq-Sabahdan

4 Sentyabr 2015 13:14 (UTC+04:00)

Bakı-Sumqayıt marşrutu üzrə işə düşəcək qatara biletlərin alınması üçün sabahdan etibarən Bakı, Biləcəri və Sumqayıt stansiyalarında avtomat terminalların və turniketlərin quraşdırılmasına başlanılacaq. Bu barədə Movqe.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. N. Əzməmmədov bildirib ki,  sabahdan stansiyalardaturniket və avtomat terminallar  quraşdırılacaq. Bu stansiyalarda gediş haqqını yükləmək avtomat aparatlar vasitəsilə mümkün olacaq:  "Gediş haqqını avtomatdan ödəniş etməklə bilet almaq mümkün olacaq. Eləcə də nağd ödəniş qüvvədə olacaq. Gələcəkdə isə sürət qatarında kart sistemi işə düşəcək".