“Daewoo” “Evrobank”ı məhkəməyə verib

4 Sentyabr 2015 14:25 (UTC+04:00)

Şirkət borcun və dəymiş zərərin ödənilməsini tələb edir


Koreya Respublikasının "Daewoo International Corporation" şirkətinin Azərbaycan nümayəndəliyi "Evrobank" ASC-ni məhkəməyə verib.

Movqe.az-ın məlumatına görə, şirkət borcun və dəymiş zərərin ödənilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianın təmin olunmaması barədə qətnamə çıxarıb. Bundan sonra şirkət məhkəmə qərarından apellyasiya şikayəti verib.

Hazırda apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.