General Rasim Musayev dəfn olunub

4 Sentyabr 2015 15:30 (UTC+04:00)

Ötən gün ürək tutmasından dünyasını dəyişən polis generalı Rasim Musayev dəfn olunub.

Movqe.az-ın məlumatına görə, mərhum bu gün Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavinləri, idarə, şöbə və bölmə rəisləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev ötən gün ürək tutmasından dünyasını dəyişib.