Yulafın faydaları

4 Sentyabr 2015 15:40 (UTC+04:00)

Yulaf pulcuqları ya əzməsi, nədənsə sadəcə pəhriz zamanı yadımıza düşür. Halbuki, yulafın faydalarını duyunca onu gündəlik qida rasionunuza qatmaq fikrinə düşəcəksiz.


Movqe.az mədə problemlərindən stressə qədər bir çox sağlıq probleminə faydalı olan və bədənimizə sağlıq qatan yulafın faydalarını təqdim edir:


Depresiyyaya gülə-gülə


Yulafı müntəzəm olaraq yemək depresiyya riskinə qarşı qoruyur. Seratonin hormonu səviyyəsini artırır və depresiyyaya yoluxma riski aşağı olur.


Sümük əriməsini əngəlləyir


Bir az südlə qarışdırılmış yulaf, olduqca qüvvətli kalsium qaynağıdır.


İmmuniteti artırır


İmmuniteti gücləndirir, sərbəst radikalların xərçəngə yol açmasına mane olur. Tərkibindəki E vitamini ilə saçlara və dəriyə faydalıdır, yaşlanma əlamətləri ilə mübarizə aparır.


Həzmi nizamlayır


Sidik qovucudur, qəbzliyə yaxşı təsir edir, mədə bağırsaqları rahatladır.


Təzyiq və xolesterola yaxşı təsir edir


Hər gün bir kasa yulaf yeməklə qan təzyiqini nəzarət altına alıb, yüksək təzyiqi aşağı sala bilərsiz. Bir digər faydası isə xolesterolu aşağı salmasıdır.


Liflə zəngindir


Yulafın yüksək miqdarda lif tərkibli olması, uzun müddət toxluq hissi yaradır və arıqlamağa kömək edir. Bununla həm də ürək-damar xəstəliklərinin qarşısına keçə bilər.