Qənirə Ataşova Azərbaycandan getdi

4 Sentyabr 2015 16:05 (UTC+04:00)

Movqe.az publika.az-a istinadən xəbər verir ki, telejurnalistin səfəri işgüzar xarakter daşıyır. Belə ki, Ataşova ANS-in ABŞ-dakı bürosuna növbəti bir il üçün rəhbər təyin olunub. Yeni mövsümdə Amerikada baş verənləri ANS tamaşaçısına məhz o, çatdıracaq.

 

Q.Ataşova Amerikaya tək deyil, 2 uşağı ilə birlikdə gedəcək. Onu ANS-də Rita Ömərova əvəz edəcək.

 

Xatırladaq ki, ANS-in Amerikadakı bürosuna son bir ildə Rita Ömərova rəhbərlik edib. O, işini ANS-də davam etdirmək üçün artıq Bakıdadır.