İŞİD 2 min illik tarixi olan Palmiranı dağıtmağa davam edir

4 Sentyabr 2015 16:13 (UTC+04:00)

Movqe.az xəbər verir ki, daha əvvəl iki məbədi dağıdan İŞİD bu dəfə üç tarixi məzarı partladıb. Suriya Qədim İncəsənət Tarixi İdarəsinin sədri Maamun Abdulkərim AFP-ə verdiyi açıqlamada, İŞİD-in bu dəfə Palmirada üç məzarı dağıtdığını təsdiqləyib. İŞİD daha əvvəl Baal və Baal Şamim məbədlərini dağıtmışdı. Bu məbədlərin dağıdıldığı, BMT Peyk Tətbiq Mərkəzi Proqramı ( UNISAT ) tərəfindən təsdiq edilib.

İŞİD qədim Palmira şəhərini may ayında ələ keçirib. Bu tarixdən bu yana da şəhərdəki məqbərələri və heykəlləri yıxaraq, məbədləri dağıdıb. İŞİD-in dağıtdığı Baal Şamim məbədi 2 min illik malik idi. Palmira Birləşmiş Millətlər Təşkilatının Təhsil Elm və Mədəniyyət Təşkilatının ( UNESCO ) dünya mirası siyahısında yer alır.

Movqe.az

Tərcümə etdi: Nihat Hüseynzadə