Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti əsasında çəkilmiş film Rusiya televiziyasında nümayiş olunacaq

4 Sentyabr 2015 17:20 (UTC+04:00)

SSRİ və Azərbaycanın xalq artisti Arif Məlikovun Nazim Hikmətin liberettosuna bəstələdiyi "Məhəbbət əfsanəsi" baletinin əsasında çəkilmiş "Əfsanə" adlı sənədli filmi Rusiyanın "Rossiya Kultura" kanalında nümayiş olunacaq.

Movqe.az xəbər verir ki, mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan SS production tərəfindən çəkilmiş filmdə Maya Plisetskaya, Yuriy Qrigoroviç, Valeriy Qerqiev, Türkiyənin balet ustası Meriç Sümen, Türkan Şoray kimi dünyaca məşhur simalar, həmçinin bəstəkar Arif Məlikov çəkiliblər.Çəkilişləri Bakı, Moskva və İstanbulda aparılan filmi Rusiyanın xalq artisti, Nikolay Tiskaridze təqdim edir.Ekran işinin rejissoru Gülər Tokgözdur. Filmin premyerası sentyabrın 10-da Moskva vaxtı ilə saat 15:50-də baş tutacaq. Təkrar nümayişi isə sentyabrın 13-də Moskva vaxtı ilə saat 13:05-də olacaq.