ABŞ-da nadir görülən xəstəlik yayılıb

5 Oktyabr 2012 16:59 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ABŞ-da göbələk əsaslı nadir görülən menengit epidemiyası nəticəsində 4 nəfər həlak olub.Sağlamlıq rəsmiləri ölkənin 5 əyalətində müəyyən olunan epidemiyada xəstələrin əksəriyyətinin kürək ağrısı səbəbiylə steroid müalicəsi gördüyünü söyləyib.Sözügüdən steroid iynələrinin, Massaçusestdəki xüsusi dərman şirkəti tərəfindən hazırlandığı, keçən həftə dərmanın toplanılmasıı əmrinin verildiyi və şirkətin işlərinin təxirə salındığı ifadə edilib.Kifin səbəb olduğu göbələk qaynaqlı menengit xəstəliyinin yoluxucu olmadığı ibildirilib. Sağlamlıq rəsmiləri göbələyin steroid içində ola biləcəyindən şübhələnir. Digər tərəfdən, federal səlahiyyətlilər, epidemiyadan ölənlər və xəstələnənlər haqqında ətraflı məlumat verməyib. Xəstəliyin inkubasion dövrünün 2-28 gün olduğu ifadə edilib.