Şimali yarımkürəyə qış gəldi

5 Oktyabr 2012 18:15 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerika Birləşmiş Ştatlarının şimal-şərqinə ilin ilk qarı yağıb. Çində də sərt qar, yolları dondurub. Amerika Birləşmiş Ştatlarının Kanada sərhədindəki Şimali Dakota əyalətinə qış çox tez gəlib. Günə qar fırtınası ilə oyanan uşaqlar, erkən yağan qarın kefini çıxardıblar. Lakin fırtınada ağaclar yollara aşıb, yollarda tıxaclar meydana gəlib. Meteorologiya mütəxəssisləri, Amerika Birləşmiş Ştatlarının şimal-şərqində qış mövsümünün sərt keçəcəyini, normaldan yüksək qar yağacağını, istiliyinin də normaldan aşağı düşəcəyini bildiriblər.
Qışa erkən başlayan digər ölkə Çindir. Siçuan vilayətində sərt qar dağlıq seqmentlərdə yolların bağlanmasına səbəb olub. Bir yolda hərəkətsiz qalan 200 nəqliyyat vasitəsi bölgəyə göndərilən qruplar tərəfindən xilas edilib.