Mərkəzi Bank ilin əvvəlindən 5 milyard dollardan çox valyuta ehtiyatı itirib

4 Sentyabr 2015 21:00 (UTC+04:00)

Bu ilin avqust ayında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları iyul ayı ilə müqayisədə 1 186,1 milyon dollar (13,95 faiz) azalaraq 7,3 milyard dollar olub.


Bu barədə Movqe.az Mərkəzi Bankın saytına istinadən məlumat verir.


Qeyd edək ki, bu ilin əvvəlində AMB-nin valyuta ehtiyatları 5 365,4 milyon dollar (42,3 faiz) azalıb.


Valyuta ehtiyatlarının azalması, xüsusilə, AMB-nin valyuta bazarında manatın dollara nisbətdə məzənnəsini sabit saxlamaq üçün həyata keçirdiyi iqtisadi müdaxilə ilə əlaqədardır.