"Bunu bir çoxları qulağında sırğa etsin" - xalq artisti

5 Sentyabr 2015 00:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, aktyor "Tezdən oyan" verilişində tənqid olunan gənc yumoristlər haqqında danışıb:


"Gənclərə hörmətim var, onları sevirəm. Çünki onlar bizim gələcəyimizdir. Onlara kömək etmək lazımdır. Etməyənlərə isə deyirəm ki, mane olmayın. Bunu bir çoxları qulağında sırğa etsin. Mən müəlliməm. Nə qədər tələbəm var. Hətta universitetdə tələbəm olmayan uşaqlar da gəlib mənim dərsimdə oturmağa can atırlar. Onlarla dost oluram. Gənclərə meydan açmaq, dəstək olmaq lazımdır. Ola bilsin ki, indiki gənclər düzgün yumor göstərə bilmir. Onları tənqid etməkdənsə, düzgün istiqamətləndirmək lazımdır. İstedadlılarımız çoxdur".