Tikinti şirkətindən içərisində 60 min dollar olan seyf oğurlayan şəxs tutulub

5 Sentyabr 2015 20:00 (UTC+04:00)

Qaraçay" təmir-tikinti şirkətindən içərisində 60 min dolları və sənəd olan seyfi oğurlayan şəxs tutulub.

Movqe.az-ın  xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də "Qaraçay" təmir-tikinti şirkətindən içərisində 60000 ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparan Bakı şəhər sakini Azad Həziyev tutulub.

                                                                              Faktla bağlı araşdırma aparılır.