"Mənə yazır ki, səndən zəhləm gedir" - Abbas

6 Sentyabr 2015 00:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni sosial şəbəkədə ünvanına yazılan təhqirlərə cavab verib: 


"Mənim tərzim özümə məxsusdur. Kimsə bəyənmirsə İnstaqram səhifəmə daxil olmasın. Hamı bəyənmək məcburiyyətində ola bilməz. Amma bu o demək deyil ki, ancaq təriflər edilməlidir. Əlbəttə ki, insanın səmimi iradı mənə xoşdur. Durub yazmaq ki, "Bu ayıbdır. Səndən zəhləm gedir" olmaz. Belə insanları səhifəmdən uzaqlaşdıracam. Hörmət hörmətə bağlıdır".