"O qədər problemim var ki..." - Almaz Ələsgərli

6 Sentyabr 2015 00:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni "ATV Maqazin" verilişinə açıqlamasında dadlı yeməklər bişirdiyini və heç vaxt depressiyaya düşmədiyini bildirib:


"Ev işləri ilə aram yoxdur. Amma dadlı yeməklər və şirniyyatlar bişirməyi sevirəm. İnsan çətin anında depressiyaya düşür. Heç vaxt belə hal yaşamamışam. Deyilənə görə, depressiyada olanda oturursan evdə, heç nə etmirsən. Heç insan da belə olar? Mənə deyirlər ki,  "Sən həmişə gülürsən. Heç problemin yoxdur". O qədər problemim var ki... Çalışıram insanlara göstərməyim. Qarşımdakılara pozitiv aura vermək istəyirəm. İllərdir beləyəm, dəyişməyəcəm də".

"Mənim tərzim özümə məxsusdur. Kimsə bəyənmirsə İnstaqram səhifəmə daxil olmasın. Hamı bəyənmək məcburiyyətində ola bilməz. Amma bu o demək deyil ki, ancaq təriflər edilməlidir. Əlbəttə ki, insanın səmimi iradı mənə xoşdur. Durub yazmaq ki, "Bu ayıbdır. Səndən zəhləm gedir" olmaz. Belə insanları səhifəmdən uzaqlaşdıracam. Hörmət hörmətə bağlıdır".