Türkiyədə polisə silahlı hücüm olub, ölən və yaralananlar var

6 Sentyabr 2015 13:30 (UTC+04:00)

Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətində polis avtomobilinə silahlı hücüm baş verib. Movqe.az bu barədə "Anadolu" agentliyinə istinadən məlumat verir.


Polislərə raketlə edilən hücum nəticəsində iki polis şəhid olub, 3-ü isə yaralanıb.


Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.