Venesuela prezidenti neftin qiymətinin sabitləşdirilməsi üçün OPEK sammiti keçirməyi təklif edib

6 Sentyabr 2015 15:30 (UTC+04:00)

Venesuela prezidenti Nikolas Maduro neftin qiymətinin sabitləşdirilməsi mexanizmlərinin razılaşdırılması üçün OPEK sammiti keçirməyi təklif edib.


Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Qətərdə səfərdə olan Nikolas Maduro yerli Telesur telekanalına telefon vasitəsilə verdiyi müsahibədə bildirib.  

 

Venesuela prezidentinin sözlərinə görə, o bu təkliflə Qətərin əmiri şeyx Tamim bin Həməd əl Taniyə də müraciət edib. Maduro qeyd edib ki, dünyada enerji daşıyıcılarına artan tələbat neftin qiymətinin sabitləşməsinin labüdlüyünü şərtləndirir: "Enerji sahəsinə yatırılan sərmayələrin əsası və yuxarı həddi olmalıdır, tələbat durmadan artır", deyə Maduro qeyd edib.