Nyu Yorku timsahlar basıb
5 Oktyabr 2012 18:27 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ABŞ-ın Nyu York şəhərindəki bir ticarət
mərkəzinin avtoparkına girənlər satışa çıxarılan avtomobillərin
arasında gəzən bir timsahla qarşılaşıb. Bu eyni bölgədə bir həftə
içində görülən 3-cü timsahdır.
ABŞ-ın Nyu York şəhərinin cənub-şərqində yerləşən Long island
adasında bir həftə içində 3 timsah gəzərkən görülüb.
Təhlükəsizlik işçiləri iki timsahın bir gün arayla eyni avtoparkda
görüldüyünü bildirir.
"New York Daily Nyus" qəzetinin xəbərinə görə yetkililər ikisi Long
Islanddakı Pathmark adlı supermarketin avtoparkında görülən 1 və 2
metr uzunluğundakı timsahların sahibləri tərəfindən küçəyə
atıldığını təxmin etdiklərini söyləyib.
Heyvan qoruma dərnəkləri timsahları tutaraq Floridada olan
sürünənlət evinə göndərib.