Eltondan Nadirə: "O dünyada cavab verəcək"

7 Sentyabr 2015 00:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, "Azərbaycanın səsi" layihəsinə qatılmayan E.Hüseynəliyevin tələbələrini yarışmadan uzaqlaşdırmaq digər münsiflərə tapşırılıb. N.Qafarzadə isə "Kimisə çıxarsam balalarıma qarğış edəcəklər. Kimsə gedib ulduz olacaq, pul qazanacaq mənə nə? Mənim balalarım niyə qarğış yiyəsi olmalıdır" deyə, etiraz etmişdi.


E.Hüseynəliyev "ATV Maqazin"də həmkarına belə reaksiya bildirib:


"Bir sözü danışan insan onu sonra boynuna almır, dediklərini bəziyib-düzəyir. Həqiqəti yalnız Allah bilir. Çox insan məni sevmir, acıqları gəlir. Deyirlər, "Bu kimdi səhnəyə gəlib?". Arxamca danışıb, üzümə gülmək riyakarlıqdır. Gecə-gündüz mənim adım, söhbətim bəzi adamların dilindədir. Bunları düşünüb, özümü qocaltmaq istəmirəm. İstəyirəm dostlarımla birlikdə sənətimi davam etdirim, xoşbəxt yaşayım. Qeybət edən o dünyada cavab verəcək".