Robert Prosineçki: "Təəssüf ki..."

7 Sentyabr 2015 10:10 (UTC+04:00)

Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində ötən gün Ta Qalidə Malta yığmasıyla 2:2 hesablı bərabərə qalıb. 

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Robert Prosineçki qarşılaşmanı belə dəyərləndirib:

- Komandamı təbrik etmək istəyirəm. 8 aydı burdayam. Mənim rəhbərliyim altında 4-cü rəsmi matçı idi. Komandam ən gözəl oyununu göstərdi. Rəqib hesabda öndə olanda da hücum futbolunu davam etdirik. Öz səhvlərimizə görə, rəqib iki dəfə qapıya zərbə vurdu, hər ikisi də qol oldu. Bizim isə 21 qapıya zərbəmiz oldu. Təəssüf ki, qol şanslarından yararlana bilmədik. Amma yenə də komandamdan razıyam

- Bu gün 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Oyunun gedişini nəzərə alsaq, deməliyəm ki, 2 xal itirdik. Futbolda səhvlər bağışlanmır. Oyunboyu hücum edən tərəf biz olduq. Amma rəqib buraxdığımız səhvləri bağışlamadı.

- Bu səhvlər nə ilə bağlı idi. Komandada yorğunluq var idi?

- Neçə aydı Azərbaycandayam, ölkə futbolunu yaxından izləyirəm. Biz çox gözəl oyun nümayiş etdirdik. Con Terri kimi ulduz futbolçular da səhv edirlər. Bəzən rəqib bunu bağışlamır. Yorğunluq səbəb deyildi. Komanda sona qədər mübarizə apardı.

- Hər iki qolu Rahid Əmirquliyev vurdu...

- Ruslan Qurbanov çox çalışdı meydançada. İkinci qolun son ötürməsini də Ruslan verdi. Onun bir dəfə qol vurmaq şansı da var idi. Bu gün Maltanın qapıçısının günü idi. Ruslandan razı qaldım. Azərbaycan yığması artıq futbol oynayır. Bununla fəxr etməliyik. Hamı mübarizə aparır. Belə havada belə oyuna görə fəxr edə bilərik.