Türkiyənin “Hürriyyət” qəzetinin redaksiyası bir qrup şəxsin hücumuna məruz qalıb

7 Sentyabr 2015 10:25 (UTC+04:00)

Türkiyənin "Hürriyyət" qəzetinin redaksiyası bir qrup şəxsin hücumuna məruz qalıb.

Movqe.az xəbər verir ki,  aksiyaçılar Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın telemüsahibəsinin hurriyet.com.tr-də təhrif olunmasına etiraz ediblər.

Etirazçılar qəzetin redaksiyasına daxil olmağa cəhd ediblər. Onlar pəncərə və qapıları daşla qırıblar. Bir neçə mühafizəçi xəsarət alıb.

Hadisə yerinə çağırılmış polis aksiya içtirakçılarını ərazidən uzaqlaşdırıb.