Bərdədə Mərkəzi Poçt binasında yanğın olub

7 Sentyabr 2015 10:55 (UTC+04:00)

Bərdə şəhərində 4 mərtəbəli Mərkəzi Poçt binasında yanğın olub.

Movqe.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə şəhərində 4 mərtəbəli Mərkəzi Poçt binasının 2-ci mərtəbəsində çöl divarından keçən kommunikasiya xətləri 1 p.m yanıb.

Poçtun binası yanğından mühafizə olunub.

Yanğın saat 02:48-da yanğınsöndürənlər tərəfindən söndürülüb.