Bakıda yaşayş binasında yanğın baş verib

7 Sentyabr 2015 11:15 (UTC+04:00)

Nəsimi rayonunda 3 mərtəbəli yaşayış binasında yanğın olub.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan 4 otaqlı mənzilin divarının və dam örtüyünün taxta konstruksiyaları 8 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:46-də yanğınsöndürənlər tərəfindən söndürülüb.